Sumqayıt Sənaye Parkında 18 milyon manatlıq yeni şüşə zavodu yaradılacaq

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Sumqayıt Sənaye Parkında yeni bir investisiya layihəsi həyata keçiriləcək. “Azerfloat Processing” MMC tərəfindən təqdim edilən 18 milyon manat dəyərindəki bu proyekti, vərəqə şüşələrin temperlənməsi, laminasiyalanması və istilik izolyasiyalı şüşə paketi (İGU) istehsalına yönəldiləcək.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi, bu layihənin həyata keçirilməsi üçün MMC-yə Sumqayıt Sənaye Parkının rezidenti statusunu verib. Layihə, ildə 1,59 milyon kvadratmetr vərəqə şüşənin istehsalını nəzərdə tutur.
Sumqayıt Sənaye Parkı, 21 dekabr 2011-ci il tarixli Prezident fərmanı ilə yaradılıb. Parkın yaradılmasında əsas məqsəd, ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan sənaye istehsalını inkişaf etdirmək, qeyri-neft sektorunun məqsədyönlü inkişafını dəstəkləməkdir. Həmçinin, bu park, sahibkarlığın inkişafına və sənaye sahəsində məşğulluğun artırılmasına xidmət edir.
Hazırda Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında 46 rezident fəaliyyətdədir. İndiyədək rezidentlər tərəfindən bu parka 5,6 milyard manatdan çox investisiya qoyulub və 6400-dən çox yeni iş yeri yaradılıb.