Ezonn Xəbər

Müharibəyə hazırlıq: Rusiya bu ölkə ilə sərhədə 11 min əsgər yerləşdirir

Müharibəyə hazırlıq: Rusiya bu ölkə ilə sərhədə 11 min əsgər yerləşdirir
Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir. Rusiya hakimiyyəti, 2024-cü ildən etibarən Leninqrad Hərbi Dairəsində NATO ilə sərhəddə yerləşdirdiyi əsgər sayını artırmağı planlaşdırır. Bu çərçivədə Finlandiya ilə sərhəddəki hərbi qarnizonda əsgər sayı 11.000-ə çatacaq. Finlandiya sərhədindən 60 kilometr məsafədə yerləşən Kamenka kəndində, Sovet dövründən qalmış 69-cu Qvardiya Motoatıcı Diviziyasının hərbi düşərgəsi yenidən qurulur. Bu, bölgədə Rusiya ordusunun son bir-iki ildə yenidən qurduğu yeddinci sərhəd hərbi obyektidir. Hərbi ekspert Marko Eklund "Yle"yə verdiyi açıqlamada, peyk görüntülərinin analizinə əsasən, tikinti işlərinin köhnəlmiş kazarma və anbarların sökülməsi ilə başladığını, yerində isə yeni, daha böyük tutumlu anbarların tikildiyini bildirib. Kamenkada əvvəllər 4500 əsgər sayında briqada yerləşirdi, ancaq Ukranda müharibənin başlamasından sonra burada diviziya yerləşdiriləcək, bu da qüvvələrin 2,5 dəfə artmasına şərait yaradacaq. Hazırda Kamenka qarnizonu 8000 nəfərin yaşadığı bir bölgəyə çevrilib. İlin sonuna qədər orada döyüş təlim mərkəzləri və yeni kazarmalar tikiləcək. Eklundun sözlərinə görə, bu, Rusiya Silahlı Qüvvələrinin Finlandiya sərhədindəki mövcud kontingentini dörd dəfə artıracaq. Kremlin genişləndirdiyi hərbi infrastruktur arasında yeni dəmir yolu xətləri, mənzil binaları və lazım olan əlaqəli obyektlərin tikintisi də mövcuddur. Hərbi qurğuların inşası ilə Rusiyanın oradakı hərbi gücünü artırmaq istədiyi aydındır.