Ezonn Xəbər

Xəzərin suyu duzsuzlaşdırılacaq - 140 milyon dollar ayrılıb

Xəzərin suyu duzsuzlaşdırılacaq - 140 milyon dollar ayrılıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması üçün 140 milyon dollar maliyyə ayrıldığını təsdiqləyib. Bu maliyyələşdirmə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi üçün nəzərdə tutulub. Maliyyə vəsaitləri iki tranşda, hər biri 70 milyon dollar olmaqla verilecekdir. Layihənin ümumi dəyəri isə 407 milyon dollar olaraq qiymətləndirilir. Burada əks osmos texnologiyası ilə işləyən duzsuzlaşdırma müəssisəsinin layihələndirilməsi, inşası, maliyyələşdirilməsi, istismarı və texniki xidməti planlaşdırılır. Zavod gündəlik 300 min kubmetr su istehsal edəcək. Yüksək istehlak dövrlərində isə məhsuldarlığı gündəlik 330 min kubmetrə qədər artırıla biləcək. Layihənin həyata keçirilməsini dövlət-özəl tərəfdaşlığı çərçivəsində 25 illik müqavilə əsasında baş tutacaq. Duzsuzlaşdırılmış su, dövlət operatoru “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə təqdim olunacaq. Bu, Azərbaycanın su sektorunda ilk genişmiqyaslı duzsuzlaşdırma müəssisəsi olacaq. Layihə, Bakı və Abşeron yarımadasındakı yaşayış və kommersiya obyektlərinin içməli su ilə təminatını yaxşılaşdırmağı hədəfləyir. Maliyyə, ADB-nin 2025–2029-cu illər üzrə Azərbaycanla Tərəfdaşlıq Strategiyası (CPS) çərçivəsində reallaşdırılır. Bu proqram ekoloji baxımdan dayanıqlı infrastrukturun yaradılmasını prioritet kimi müəyyən edir. Əvvəlki mərhələdə, Asiya İnfrastruktur İnvestisiya Bankı da Azərbaycanda suyun duzsuzlaşdırılmasına dair 45 milyon dollar kreditin ayrılmasını təsdiq edib.