Xətaidə üç obyekt 1,45 milyon manatlıq başlanğıc qiymətlə yenidən satışa çıxarılır

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Xətai rayonunun Xudu Məmmədov küçəsində yerləşən üç qeyri-yaşayış sahəsi ‘Aqrarkredit’ QSC bank olmayan kredit təşkilatının balansında yenidən satışa çıxarılır. Hərrac 9 dekabr 2026-cı il saat 11:00-da Bakının Nizami rayonundakı Əmlak Xidmətləri Məkanında həyata keçiriləcək. Obektlərin başlanğıc qiymətləri 10 faiz endirilərək müəyyən olunub.
Üç obyektin toplam başlanğıc qiyməti 1 milyon 447 min 650 manat təşkil edir. Bu obyektlərdən ən böyüyü 306 kvadratmetr sahəsi olan obyektidir və 688 500 manatdan satışa çıxarılacaq. Obyekt üzrə beh 3 442,50 manatdır.
Digər iki obyekt isə daha kiçik sahələrə malikdir. 174E girişindəki 177 kvadratmetrlik obyektin başlanğıc qiyməti 398 250 manat, behi isə 1 991,25 manatdır. 174F girişində yerləşən 160,4 kvadratmetr sahə isə 360 900 manatdan təklif olunur, bu obyekt üzrə beh 1 804,50 manatdır.
İştirakçıların hərracda iştirak edə bilməsi üçün behin köçürüldüyünü təsdiq edən sənədin surətini və digər tələb olunan sənədləri ən geci üç bank günü ərzində təqdim etmələri lazımdır. Alıcılar obyektlərə hərracdan əvvəl baxış keçirə bilərlər.