Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" matçı ilə əlaqədar Bakı metropoliteninin iş vaxtlarında dəyişiklik ediləcək. Bu günlərdə sərnişinlərin daha rahat və təhlükəsiz şəkildə nəqliyyatla təmin olunması məqsədilə Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-a qədər açııq olacaq.
Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, matç günü stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq və sərnişin axınına nəzarət gücləndiriləcək. Bu tədbirlərdən məqsəd, matç zamanı baş verə biləcək izdihamın qarşısını almaqdır.
Qarşılaşmadan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək. Matç günündə qatarların hərəkəti payız-qış qrafikinə uyğun olaraq həyata keçiriləcək, digər xətlərin iş rejimində isə heç bir dəyişiklik olmayacaq.
Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərin normal iş rejimi saxlanılacaq. Beləliklə, metropolitendəki yeni iş rejimi, fanatların matçdan rahat şəkildə istifadə etməsinə imkan yaradacaq.