“Sabah” – “Barselona” oyunu ilə əlaqədar metro 1 saat artıq işləyəcək

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
UEFA Çempionlar Liqasında ‘Sabah’ Futbol Klubunun ‘Barselona’ (İspaniya) komandası ilə noyabrın 25-də keçiriləcək oyunu ilə bağlı Bakı metropoliteninin Qırmızı xəttində (M1) iş rejimi dəyişəcək. Bu barədə ‘APA -Economics’ məlumat yayıb.
‘Bakı Metropoliteni’ QSC-yə edilən müraciətə əsasən, ‘Koroğlu’ stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda baş Verəcək matça azarkeşlərin marağı nəzərə alınaraq, mərkəz xəttin iş vaxtı bir saat uzadılacaq. Nəticədə, noyabrın 25-dən 26-na keçən gecə xəttin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin istifadəsinə açıq olacaq.
Bundan əlavə, stansiyalarda əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət tədbirləri gücləndiriləcək. Qarşılaşmadan sonra qatarların hərəkət qrafiki ‘Koroğlu’ stansiyasındakı tələbat və sərnişin axınına uyğun tənzimlənəcək.
Qeyd edək ki, metroda Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərin iş rejimi olduğu kimi saxlanılacaq, bu gün ərzində isə qatarların hərəkəti payız-qış cədvəlinə uyğun təşkil ediləcək.