Ezonn Xəbər

Mədəniyyət Nazirliyi muzey işçilərinin attestasiyasına başlayıb

Mədəniyyət Nazirliyi muzey işçilərinin attestasiyasına başlayıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Mədəniyyət Nazirliyi, muzeylərdə və Heydər Əliyev mərkəzlərində çalışan işçilərin attestasiya prosesinə başladığını açıqlayıb. Bu haqda "Report"un sorğusuna cavab olaraq nazirlik tərəfindən məlumat verilib. İnformasiyaya əsasən, attestasiya prosesi 2023-cü ilin dekabr ayının 8-dək davam edəcək. İndiyə qədər bu prosesdə iştirak edəcək işçilərin sayı 986 olaraq müəyyən edilib. Attestasiya, Əmək Məcəlləsinin 65-ci maddəsi və 2001-ci il 23 may tarixli Nazirlər Kabinetinin 97 nömrəli qərarına uyğun həyata keçirilir. Bu qaydaların məqsədi işçilərin peşəkarlıq səviyyəsini yoxlamaqdır. Mədəniyyət Nazirliyinin verdiyi açıqlamada, attestasiyaya cəlb olunan işçilərin ixtisasına və tutduğu vəzifəyə uyğun olub-olmadıqları da müyyənləşdiriləcək.