“Azercell Biznes” müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətləri təqdim edilir

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
“Azercell Biznes” yeni eSIM IoT və eSIM M2M xidmətləri ilə korporativ müştərilərinə mobil şəbəkəyə qoşulma imkanı təqdim edir. Bu xidmət, müştərilərə fiziki SIM kartlardan imtina etməyə və alternativ olaraq eSIM texnologiyasını seçməyə imkan tanıyır.
eSIM texnologiyası, həm mövcud, həm də yeni nömrələrin aktivləşdirilməsi üçün istifadəyə verilən müasir bir həll yoludur. Bu yenilik, müştərilərə fiziki SIM kartların sifarişi və çatdırılması prosesini aradan qaldıraraq, daha çevik və operativ həllər təqdim edir.
Xidmətin özəllikləri arasında eSIM-in rahat aktivləşdirilməsi və müasir cihazlarla uyğunluğu da yer alır. eSIM fiziki SIM karta ehtiyac olmadan, daxili eSIM modulu ilə təchiz olunmuş cihazların mobil şəbəkəyə qoşulmasını təmin edir. Bu isə, cihazlar arasında data mübadiləsi, məsafədən izlənmə və idarə olunma imkanlarını artırır.
Korporativ müştərilər, eSIM IoT və eSIM M2M xidmətlərindən yararlanmaq üçün Azercell-in Korporativ Dəstək və Müştəri Xidmətləri kanallarına müraciət edə, həmçinin “Azercell Biznes” platforması vasitəsilə əməliyyatları həyata keçirə bilərlər. Bu yeni xidmət, Azercell-in korporativ müştərilərinin dəyişən ehtiyaclarına uyğun innovativ həllər təqdim etməklə onların rəqəmsal transformasiyasına dəstək olur.