Ezonn Xəbər

ABŞ “Nvidia” qalmaqalından sonra “Alibaba”nın törəmə şirkətini və “Megaspeed”i qara siyahıya salıb

ABŞ “Nvidia” qalmaqalından sonra “Alibaba”nın törəmə şirkətini və “Megaspeed”i qara siyahıya salıb
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. ABŞ administrasiyası qabaqcıl süni intellekt çiplərinin Çinə qanunsuz ötürülməsi iddiaları fonunda, Sinqapurda fəaliyyət göstərən “Megaspeed International” və “Alibaba Group”un törəmə şirkəti olan “Apex Enterprise Solutions”iu ixrac məhdudiyyətləri siyahısına daxil edib. Bu addım, noyabrın 23-də ABŞ Ticarət Nazirliyi tərəfindən həyata keçirilib. Yeni qərar çərçivəsində, “Megaspeed” və “Apex Enterprise Solutions” ABŞ istehsalı olan süni intellekt çipləri və ixrac nəzarətinə tabe olan digər texnologiyaları əldə etmək üçün xüsusi lisenziya almaq məcburiyyətindədir. “Megaspeed” məlumat mərkəzləri və bulud hesablamaları sahəsində mühüm rol oynamışdır, eyni zamanda “Nvidia”nın yüksək məhsuldarlıqlı süni intellekt prosessorlarının alıcılarından biridir. Ticarət Nazirliyi, bu çiplərin ixrac məhdudiyyətlərindən yayınmaqla Çinə ötürülməsi ehtimalını araşdırır. Siyahıya alınmış “Apex Enterprise Solutions”, “Alibaba”nın Sinqapurda qeydiyyatdan keçmiş törəmə müəssisəsidir və “Megaspeed”lə işgüzar əlaqələrə malikdir. “Alibaba” isə qərarı qəbul etmədiyini bildirərək, şirkətinin qabaqcıl hesablama çiplərini qanunsuz ötürməsi iddiasını qətiyyətlə rədd edib. Qeyd edək ki, məhdudiyyətlər yalnız siyahıya daxil edilən konkret müəssisələri əhatə edir, bütövlükdə “Alibaba Group”-a şamil edilmir.