Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanın qiymətli kağızlar bazarında korporativ istiqrazlara olan investor marağı artmaqdadır. “Prior Leasing” ASC-nin “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə bazara çıxardığı yeni istiqraz buraxılışı rekord göstəricilərlə tamamlanmışdır.
Elan edilən 2 milyon AZN həcmindəki emissiya üzrə 293 investor tərəfindən 4,342,300 AZN məbləğində sifariş təqdim olunub. Bu, tələbin ilkin təklifi 2,17 dəfə üstələdiyini göstərir.
Bu uğurlu nəticə, eyni zamanda, pərakəndə investorların kapital bazarına artan marağını, həmçinin real sektorun maliyyələşdirilməsində “Prior Leasing” ASC-yə göstərilən yüksək etimadı bir daha təsdiqləyir.
12 ildən artıqdır ki, fəaliyyət göstərən “Prior Leasing” ASC, müxtəlif ölkələrin tanınmış istehsalçılarının texnika və nəqliyyat vasitələrini sahibkarlara lizinq şərtləri ilə təqdim edir. Şirkət, ölkə üzrə 20-dən çox filial və nümayəndəliyə malikdir, bu da onun geniş fəaliyyət şəbəkəsinə və müştəri etimadına işarədir.