BDU-da dekan vəzifələri üçün müsabiqə elan edilib
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan edilib. Bu müsabiqə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələrini əhatə edir.