Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Vüqar Quliyevin sədrlik etdiyi iclasda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə qapalı məhkəmə prosesi davam edir. Bu prosesdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyev də ifadə veriblər.
Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahimin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə, yəni hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə ittiham irəl sürülüb.
İttiham aktı ilə birlikdə toplanmış dəlil və sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu maddənin sanksiyası isə 20 ilə qədər və ya işin halları nəzərə alınmaqla ömürlük həbs cəzasını əhatə edir.
Əli Kərimli və Məmməd İbrahim ötən il Ramiz Mehdiyevin cinayət işi çərçivəsində həbs olunublar. Xatırladaq ki, Ramiz Mehdiyevə də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm elan edilib, onun 14 il azadlıqdan məhrum edilməsi qərara alınmışdır. Ancaq, onun sağlamlıq vəziyyəti və yaşı nəzərə alınaraq cəza şərti hesab olunmuşdur. Hökmlə Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsi də gündəmə gəlib, eyni zamanda, onun əmlaklarının müsadirə edilməsi qərara alınıb.