Ezonn Xəbər

Türkiyədə DEM partiyasının nümayəndələri Abdullah Öcalanla görüşdü

Türkiyədə DEM partiyasının nümayəndələri Abdullah Öcalanla görüşdü
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) İmralı adasında Abdullah Öcalanla keçirdiyi görüşdən sonra onun yeni yaşayış yerinə köçməsi ilə bağlı ətraflı məlumatlar ortaya çıxıb. DEM Partiyasının nümayəndə heyəti bazar günü Öcalanla bir araya gəlib. Görüş sonrasında yayılan rəsmi bəyanatda, Öcalanın yeni yaşayış yerinə köçməsinin onun iş və yaşayış şəraiti baxımından müsbət inkişaf olduğu vurğulanıb. İki mərtəbəli yeni binada Öcalanın katibliyinə təşkilatdan daha üç qadın, onların arasında Öcalanın bacısı qızının olduğu bildirilir. İki mərtəbəli binanın yuxarı mərtəbəsində iş otaqları və kitabxana, aşağı mərtəbəsində isə bir neçə otaq yerləşir. Həmin qadınlardan biri həmçinin Öcalanı yeni yaşayış yerində müşayiət edir. Katibliyin digər üzvləri isə hələ də İmralı adasındakı həbsxanada qalmağa davam edirlər. Bundan əlavə, NEFES qəzetinin məlumatına görə, Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərliyi altında formalaşdırılan yeni strukturun fəaliyyətə başladığına dair bu həftə açıqlama gözlənilir. “Sülh və Siyasallaşma Koordinasiyası” adı verilən yeni struktura DEM Partiyasının nümayəndələrindən, təşkilatın Avropa strukturundan və dağdakı silahlı qanaddan iki nəfərlə yanaşı, dövlət nümayəndələrinin də daxil olması planlaşdırılır.