Ezonn Xəbər

Mehdiyev ailəsi Əli Kərimlinin məhkəməsində ifadə verdi

Mehdiyev ailəsi Əli Kərimlinin məhkəməsində ifadə verdi
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və müavini Məmməd İbrahim məhkəmə qarşısına çıxıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti iclasda Ramiz Mehdiyevin ailə üzvləri şahid qismində ifadə veriblər. Bu gün baş tutan məhkəmə iclasında Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni İlham Əliyev cinayət işi ilə bağlı suallara cavab veriblər. Onlar ittiham və müdafiə tərəfinin suallarını cavablandırıblar. R.Mehdiyevin özünün və qızı Kamilə Əliyevanın da bu iş üzrə şahidlər siyahısında olduğu, lakin onların hələlik dinlənilmədiyi bildirilib. Məhkəmə prosesi gələcəkdə qalan şahidlərin iştirakı üçün təxirə salınıb. Qeyd edək ki, Əli Kərimli və Məmməd İbrahim ötən il Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhülkəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, lakin yaşı və sağlamlıq vəziyyəti səbəbindən cəzası şərti hesab olunur.