Bakıda 29 yaşlı oğlan küçədə öldü

Ezonn TV «News24.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda, Nəsimi rayonu Topçubaşov küçəsində 29 yaşlı F. Nurəliyevin meyiti tapılıb. Hadisə noyabrın 23-ü saat 12 radələrində baş verib.
Sumqayıt şəhər sakini olan F. Nurəliyevin üzərində zorakılıq əlamətlərinin olmadığı bildirilib. O, küçədəki səkidə meyit şəkildə aşkar edilib.
Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumatlar açıqlanacaq.