"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İtaliyanın "Milan" klubu, İspaniyanın "Real" (Madrid) komandasının hücumçusu Endrik üçün rəsmi təklif göndərib. Məlumatlara görə, Milan, 19 yaşlı braziliyalı futbolçunu 2027-ci ilin yanvarında heyətinə qatmağı planlaşdırır.
"Rossoneri" Endrik transferi üçün 70 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Lakin "Kral klubu"nun baş məşqçisi Joze Mourinyo, braziliyalı futbolçunun qış "transfer pəncərəsi"ndə komandadan ayrılmasına ehtimal vermir. O, Endrikin əvəzlənməsinin çətin olacağına inandığını bildirir.
Yaxın günlərdə Endrikin agentlərinin Madridə gələrək futbolçunun gələcəyi ilə bağlı klub rəhbərliyi ilə danışıqlar aparması gözlənilir. Transferin reallaşacağına dair son qərarı isə Endrik özü verəcək.
Qeyd edək ki, Endrik 2024-cü ildə 60 milyon avro qarşılığında Braziliyanın "Palmeyras" klubundan "Real"a transfer olunub. Cari mövsümdə Madrid klubu adından 7 oyuna çıxaraq, UEFA Çempionlar Liqasındakı "Roma" qarşısında yeganə qolunu vurub.