Ezonn Xəbər

Gənclərin çağırışaqədərki hazırlığı üçün yeni qaydalar təsdiqlənib

Gənclərin çağırışaqədərki hazırlığı üçün yeni qaydalar təsdiqlənib
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda gənclərin çağırışaqədərki hazırlığına dair qaydalar yenilənib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, gənclərin hərbi xidmətə hazırlığı, ümumi təhsil, peşə və orta ixtisas təhsili müəssisələrində həyata keçiriləcək. Yeni əsasnaməyə görə, çağırışaqədərki hazırlıq müasir texnologiyalarla zənginləşdiriləcək. Oğlanlar və qızlar üçün birlikdə təşkil olunacaq dərslərdə, müasir silahlar, kibertəhlükəsizlik, süni intellekt texnologiyaları gibi sahələrə dair biliklər aşılanacaq. Gənclərə həmçinin, ilkin tibbi yardımın göstərilməsi, mülki müdafiənin təşkili, fövqəladə hallar zamanı davranış üsulları öyrədiləcək. Hazırlıq prosesinin metodiki rəhbərliyini Elm və Təhsil Nazirliyi həyata keçirəcək. Təhsil müəssisələrinin direktorları çağırışaqədərki hazırlığın təşkilinə və dərslərdə istifadə edilən təlim silahlarının təhlükəsizliyinə cavabdeh olacaq. Həmçinin, hazırlıq rəhbəri lazımi təcrübəyə malik şəxslər arasından seçiləcək. Bu şəxslərin pedaqoji biliklərinin artırılması üçün kurslar təşkil ediləcək. Yeni qaydalarla hər il gənclərin fiziki hazırlıq səviyyəsinin artırılması məqsədilə hərbi-idman tədbirləri də təşkil ediləcək. Eyni zamanda, Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı guşələrin yaradılması planlaşdırılır. Çağırışaqədərki hazırlıq üçün lazım olan inventar maddi-texniki təminat vasitəsilə təmin ediləcək.