Ezonn Xəbər

İnvestorlar süni intellekt yönümlü investisiyalardan kənara çıxmağa çağırılır

İnvestorlar süni intellekt yönümlü investisiyalardan kənara çıxmağa çağırılır
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Franklin Templeton, süni intellektlə bağlı investisiyaların çoxluğunu nəzərə alaraq, investorları bu sektordan kənar imkanlara yönəlməyə çağırıb. Şirkətin baş bazar strateqi Stiven Dover, süni intellekt aktivlərinin investorların portfellərində həddindən artıq yer tutduğunu bildirib. O, daha geniş investisiya sahələrinin seçilməsini tövsiyə edir. Dover, ABŞ-dən kənardakı bazarlarda yeni imkanların meydana gəldiyini bildirərək, inkişaf edən bazarların, xüsusən də Cənub-Şərqi Asiya ölkələrinin perspektivlərinin müsbət olduğunu vurğulayıb. Latın Amerikasındakı bəzi şirkətlərin səhmləri də investorlar üçün cəlbedici hesab olunmaqdadır. Eyni zamanda, Doverin portfelində Çinin texnologiya sektorunun payı artırılıb. Lakin istehlakın zəif qalacağı barədə proqnozlar səbəbindən, onun ümumilikdə Çin səhmlərinin payını aşağı səviyyədə saxladığı bildirilib. Lotus Asset Management-in baş investisiya direktoru Hao Honq isə süni intellekt şirkətlərinin səhmlərinin hələ minimum səviyyəyə çatmadığını qeyd edib. Huanqın Nvidia-ya qayıtması sayəsində noyabrın 24-də Asiya bazarlarında süni intellektlə bağlı səhmlər kəskin şəkildə artıb. Tayvan bazarı 9%, Cənubi Koreyanın Kospi indeksi isə 6,3% artış göstərib. Bloomberg-in çip istehsalçılarını izləyən göstəricisi isə 9,9%-dək yüksələrək iyulun 31-dən bəri ən yüksək artımını qeydə alıb.