Ezonn Xəbər

Diabet xəstələrinin həkim müayinəsi ilə bağlı qaydalar dəyişdi

Diabet xəstələrinin həkim müayinəsi ilə bağlı qaydalar dəyişdi
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarında dəyişiklik edilib. Bu dəyişiklik diabetlə müalicə olunan xəstələrin endokrinoloq tərəfindən müayinə edilmə qaydalarını əhatə edir. İndi şəkərli diabet xəstələrinin müayinəsi daha da asanlaşıb. Dəyişikliklərə əsasən, insulinə ehtiyacı olmayan xəstələr artıq 3 ayda bir dəfə konsulata ediləcəklər. Əvvəlki sistemdə bu müddət 2 ay idi. İnsulin tələb edən xəstələr isə əvvəlki qaydada, yəni ayda 1 dəfə həkim müayinəsindən keçməyə davam edəcəklər. Dəyişikliklə yanaşı, bütün şəkərli diabet xəstələri üçün mütəxəssis cərrah da ildə 1 dəfə konsultasiya xidmətləri göstərəcək. Bu, xəstələrin daha geniş tibbi yardım almasına imkan yaradır. Yeni qaydaların tətbiqi ilə diabet xəstələrinin sağlamlığının qorunması məqsəd qoyulub. Tədbiq edilən yeniliklər, xəstələrin mütəmadi nəzarətdə saxlanması və müalicələrinin düzgün istiqamətləndirilməsi baxımından əhəmiyyətlidir.