“Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
“Kökümüzə Qayıdış” layihəsi çərçivəsində, şəhid qızlarının iştirak etdiyi Zəfər yürüşü təşkil edilib. Bu yürüş milli geyimlərdə, at üstündə gerçəkləşərək, Azərbaycan qadınının qürurlu və cəsarətli obrazını nümayiş etdirib.
Yürüşdə, şəhid general Polad Həşimov, şəhid mayor Asiman Əliyev, şəhid baş gizir Camal İsmayılov, şəhid kapitan Nəcəf Şikarov və şəhid baş gizir Oktay Bədəlovun qızları iştirak ediblər. Eyni zamanda, dövlət qurumları, media nümayəndələri və ictimai fəal xanımlar da yürüşdə yer alıb.
Layihənin rəhbəri Həcər Əkbərova, Qaçaq Nəbi və Həcər xanımın kötücəsi olaraq, bu təşəbbüsün məqsədini açıqladı. O bildirdi ki, yürüş şəhid qızlarına sevgi, diqqət və mənəvi güc verməklə yanaşı, milli kimliyə və köklərə bağlılığı da nümayiş etdirir.
Həcər Əkbərova, yürüşün mədəni dəyərlərimiz və Azərbaycan qadınının qəhrəmanlıq ənənəsinə qayıdışın ifadəsi olduğunu qeyd etdi. “Kökümüzə Qayıdış” yalnız bir yürüş deyil, həm də tariximizə, milli dəyərlərimizə bağlılığın simvoludur. Bu təşəbbüs, şəhidlərimizin bizə əmanət etdiyi dəyərlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir.