Ezonn Xəbər

BMT: Kişilər hər saatda 5 qadın öldürürlər

BMT: Kişilər hər saatda 5 qadın öldürürlər
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən yayımlanan yeni hesabat, 2022-ci ildə dünya səviyyəsində 47 mindən çox qadın və qız uşağının öldürüldüyünü, yəni hər saatda təxminən beş qadının qohumları tərəfindən qətlə yetirildiyini bildirir. Bu məlumat, Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Gündə təqdim edilib. Hesabatda qeyd olunur ki, 2025-ci il üçün gözlənilən 78 min qadın və qızın 60 faizinin ərləri və ya ailə üzvləri tərəfindən öldürülməsi ehtimal edilir. BMT-nin məlumatları göstərir ki, hesabat dövründə qətl hadisələrinin sayı əvvəlki illərlə müqayisədə dəyişməyərək eyni səviyyədə qalıb. Qadınların ərləri və ailə üzvləri tərəfindən öldürülməsi problemi, müsbət irəliləyişin olmamasını nümayiş etdirir. Hesabatda qeyd edilən rəqəmlərə görə, Afrikada qohumları tərəfindən 22.100 qadın və qız təəssüf ki, qətlə yetirilib. Asiya qitəsində isə bu rəqəm 15.100, Amerikada 7.400 və Avropada 2.100 olduğu bildirilir. BMT, qətl halları üzrə ümumi azalmanın davam etdiyini, lakin bu tendensiyanın xüsusilə Amerika və Avropada daha yavaş olduğunu vurğulayır. BMT, qadınların ədliyyə sisteminə çıxışında qarşılaşdıqları maneələrə də diqqət çəkərək, məişət zorakılığına qarşı daha geniş və təsirli siyasətlərin tətbiqinin zəruriliyini önə çəkir.