Ezonn Xəbər

Yağış yağacaq, temperatur 5 dərəcə düşəcək – Xəbərdarlıq

Yağış yağacaq, temperatur 5 dərəcə düşəcək – Xəbərdarlıq
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Bakıda və Abşeron yarımadasında noyabrın 25-i gündüz saatlarından etibarən bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın ayrılmış bölgələrində yağışın qısamüddətli intensivləşməsi ehtimal edilir. Məlumatda qeyd edilib ki, Azərbaycanın rayonlarında da noyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağıntılar gözlənilir. Xüsusilə dağlıq ərazilərdə qar yağacağı bildirilir. Eyni zamanda, ayrı-ayrı yerlərdə yağışların intensiv olacağı, şimşək çaxacağı da ehtimal edilir. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli sel keçməsi mümkün sayılır. Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti səbəbindən havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə enməsi gözlənilir.