Çağırışaqədərki hazırlıq dövründə gənclərin PUA barədə biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Nazirlər Kabinetinin təsdiqlədiyi “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə” ilə gənclərin pilotsuz uçuş aparatları (PUA) sahəsində biliklərə yiyələnməsi təmin ediləcək. Bu yeni yanaşma ilə gənclərə müasir hərbi-texniki vasitələr, o cümlədən PUA-lar haqqında dərin məlumatlar veriləcək.
Əsasnamədə qeyd olunur ki, hazırlıq dövründə gənclərə milli müdafiənin əsasları, yeni silah sistemləri, elektron mühafizə və kibertəhlükəsizlik sahəsində biliklər təqdim ediləcək. Həmçinin, mülki müdafiə prinsipləri və fövqəladə hallar zamanı davranış qaydaları da tədris ediləcək. Bu yanaşma, gənclərin psixoloji dayanıqlılığını artırmağı, ilkin tibbi yardım göstərməyi və sanitariya-gigiyena qaydalarına əməl etməyi də əhatə edir.
Qeyd edək ki, əvvəllər Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinə əsasən, orduya çağırılan gənclər yalnız nəzəri biliklərə yiyələnirlərdi. Yeni əsasnamə, gənclərin praktik vərdişlərə yiyələnməsini daha da ön plana çəkəcək.
Bununla yanaşı, çağırışaqədərki hazırlığın dövlət əhəmiyyəti vurgulanır. Bu proqramın gənclərdə vətənpərvərlik şüurunu formalaşdırmağı hədəflədiyi bildirilir. Eyni zamanda, gənclere verilən biliklərin və praktiki vərdişlərin müasir dövrün tələblərinə uyğun olması da vurğulanır.