Ezonn Xəbər

Məhkəmə Palata tərəfindən AQC sədrinə verilmiş qanunsuz töhməti ləğv edib

Məhkəmə Palata tərəfindən AQC sədrinə verilmiş qanunsuz töhməti ləğv edib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruca, Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən verilmiş qanunsuz töhmət ləğv edilib. Məhkəmə qərarına əsasən, Vüqar Oruc barəsində tətbiq edilən intizam tənbehi əsassız sayılıb. Məlumatlara görə, Vüqar Oruc, Palatanın qərarına etiraz edərək məhkəməyə müraciət etmişdi. Məhkəmə prosesi zamanı, həmçinin onun hüquqlarını tanınmış vəkil Fuad Məmmədov müdafiə edib. Məhkəmə araşdırmalarının nəticəsində töhmət ləğv edilib. Hal-hazırda AQC-nin digər 3 şirkət rəhbəri ilə bağlı Palata tərəfindən tətbiq olunmuş intizam tədbirləri üzrə məhkəmə prosesləri davam edir. Bu vəziyyət, Palatanın fəaliyyətindəki mübahisəli məqamları bir daha gündəmə gətirib. Xatırladaq ki, Vüqar Oruc 2022-ci il mayın 20-də AQC-nin rəhbərliyinə seçilib və qiymətləndirmə sektorunun tənzimlənməsi məqsədilə "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanunun qəbulunu təşviq edib. 2023-cü ilin dekabrında qəbul edilən bu qanuna əsasən, qiymətləndirmə mütəxəssisləri hər il bayram edir. Palatanın təsis yığıncağı 2024-cü il dekabrın 16-da baş tutub. Burada Vüqar Orucun namizədliyi irəli sürülsə də, onun seçkilərdə iştirakına imkan verilməyib. Bu hadisələr qiymətləndirmə sektorunun idarəetməsindəki problemləri bir daha ortaya qoyur.