Ezonn Xəbər

Aylıq 445 manatdan başlayan ödənişlə daha 90 mənzil kirayəyə veriləcək

Aylıq 445 manatdan başlayan ödənişlə daha 90 mənzil kirayəyə veriləcək
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. İpoteka və Kredit Zəmanət Fondu, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakıda, Sumqayıtda və Abşeronda tam təmirli 90 mənzil təqdim edəcəyini bəyan edib. Aylıq kirayə ödənişləri 445 manatdan başlayacaq. Mənzil seçimi prosesi 1 dekabr 2026-cı il saat 15:00-da başlayacaq. Fondun açıqladığı məlumatda, mənzillərin 31-inin Bakının Binəqədi rayonunda, 31-inin Sumqayıt şəhərində və 28-inin isə Abşeron rayonunun Saray qəsəbəsində yerləşdiyi bildirilib. Kirayə götürmək istəyən şəxslər müraciətlərini “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadə edərək edə biləcəklər. Ərizəçilər müraciətlərini “SİMA İmza” vasitəsilə biometrik üsulla təsdiqləyərək həyata keçirə bilərlər. İmtina nəticəsində boşalan mənzillər, hər iş günü saat 11:00-dan etibarən yenidən seçimə təqdim olunacaq. Daha ətraflı məlumat üçün isə Fondun rəsmi saytına və 1549 Çağrı Mərkəzinə müraciət etmək mümkündür.