Müxalifətin Paşinyanda referendum sürprizi: Vətəndaş müharibəsi olacaq

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkənin Konstitusiyasına dəyişikliklər etməyi planlaşdırır. Bu təklif, Ermənistanın gələcək siyasi kursu və Azərbaycanla münasibətləri baxımından mühüm əhəmiyyət daşıyır. Konstitusiya islahatlarının sülh sazişinin imzalanmasına təsiri, habelə ölkə daxilində olası siyasi qarşıdurmalarla əlaqədar müzakirələr artmaqdadır.
Müzakirələri aktivləşdirən əsas faktor, revanşist müxalifətin yeni Konstitusiya layihəsinə qarşı sərt etirazıdır. 14 müxalifət partiyası bir müddət əvvəl referendum keçirməyə imkan verməyəcəklərinə dair bəyanat yayıblar. Bu isə Ermənistan daxilində siyasi gərginliyin yüksəlməsi ehtimalını artırır.
Siyasi şərhçi Əli Orucov, Paşinyanın yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıb. Layihədə Müstəqillik Bəyannaməsinə istinad yer almadığını və qondarma soyqırımı iddialarının çıxarıldığını qeyd edən Orucov, yeni Konstitusiyanın cəlbedici olması üçün müxalifətin fəaliyyətini gözdən keçirmənin vacibliyini bildirib.
O həmçinin, Ermənistanla Azərbaycan arasında sülh sazişini əngəlləyən ərazi iddialarının aradan qaldırıldığını, lakin revanşistlərin bu prosesi əngəlləməyə çalışdığını qeyd edir. Rusiya və İranın sülhün bərqərar olmasını istəmədiklərini, Qərbin isə yeni Konstitusiya layihəsinə dəstək verdiyini bildirib. Orucov, hadisələrin gələn ilin ortalarında referenduma qədər davam edə biləcəyini düşünür və insanların müharibə və qarşıdurma seçəcəyinə inanmır.