Ezonn Xəbər

Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək

Şagirdlərə süni intellekt və dronlarla bağlı dərslər keçiriləcək
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda gənclərin çağırışaqədərki hazırlığının təşkili ilə bağlı yeni dərslər keçiriləcək. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, süni intellekt, kibertəhlükəsizlik və pilatus uçuş aparatları kimi müasir texnologiyaların öyrədiləcək. Bu dəyişiklik “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də öz əksini tapıb. Yeni tərtib edilən Əsasnaməyə əsasən, gənclər fövqəladə hallar zamanı davranış, ilkin tibbi yardım və sağlamlığın qorunması sahələrində də bilik əldə edəcəklər. Dərslər oğlan və qızlar üçün birlikdə təşkil olunacaq. Nümunəvi davranış, intizam və təlim nailiyyətləri ilə seçilən şagirdlər arasından direktor tərəfindən taqım və manqa komandirləri seçiləcək. Ötən dövrdə çağırışaqədərki hazırlıq proqramını bitirmiş şəxslərin yenidən bu dərslərdə iştirak etməyəcəyi vurğulanır. Eyni zamanda, müharibə veteranlarının təhsil tələblərinə cavab verdiği halda bu sahədə işləmək imkanının yarandığı bildirilir. Yeni Əsasnamənin təsdiqlənməsi ilə Nazirlər Kabinetinin 1998-ci ildə qəbul etdiyi gənclərin ibtidai hərbi hazırlığına dair qərarın ləğv olunduğu da qeyd edilir. Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı tətbiq olunan yeni yanaşma, Azərbaycanın müasir dövrdə hərbi və kiber müdafiə sahələrindəki ehtiyaclarını qarşılamada əhəmiyyətli rol oynayacaq.