Ezonn Xəbər

TƏCİLİ: Rusiya qırıcıları bu ölkəyə girdi

TƏCİLİ: Rusiya qırıcıları bu ölkəyə girdi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri Komitəsi səhər saatlarında bir neçə Rusiya döyüş təyyarəsinin Cənubi Koreya Hava Hücumundan Müdafiə Zonasına daxil olduğunu bəyan edib. Bu barədə məlumatı "Yonhap" agentliyi yayıb. Açıqlamada, Rusiya təyyarələrinin Ulleunq adasına yaxınlaşdıqdan sonra bölgəni tərk etdiyi, lakin Cənubi Koreyanın hava məkanına keçmədiyi bildirilib. Rəsmilər, qırıcıların hadisələrin mümkün inkişafı ilə əlaqədar taktiki manevrlər aparmaq üçün havaya qaldırıldığını vurğulayıblar. Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Çunq Binna, Seuldakı Rusiya səfirliyindən bir diplomatın oturumuza itiraz bildirmək üçün nazirliyə çağırılacağını açıqlayıb. Eyni zamanda, Daxili İşlər Nazirliyi mobil telefonlara təcili xəbərdarlıq göndərərək Rusiya təyyarələrinin hava məkanına daxil olduğunu və ada sakinlərini yeraltı bunkerlərdə sığınmağa çağırdığını bildirmişdir. Lakin həyəcan siqnalının ləğv edilməsi barədə xəbərdə, səhvən Rusiya qırıcıları Şimali Koreya təyyarələri kimi göstərilib. Qeyd edək ki, Rusiya son illər Şimali Koreya ilə hərbi-strateji tərəfdaşlığı inkişaf etdirib. Rusiya qırıcılarının Cənubi Koreya səmasını pozması, Pxenyanın Ukrayna müharibəsində Moskvaya verdiyi hərbi dəstəyin əks təsiri kimi də qiymətləndirilir. Prezident Putin, Şimali Koreyaya qarşı təzyiqə cavab olaraq Kim Çen In ilə birlikdə olmasını nümayiş etdirir. Döyüş təyyarələrinin Cənubi Koreyanın Mühafizə Zonasına göndərilməsi, Moskvanın Sakit Okean regionundakı geosiyasi maraqlarını yerinə yetirdiyini göstərir. Çünki bu, Yapon dənizində geosiyasi təsiri artırmaq məqsədini güdür.