Məşhur model ABŞ-da niyə saxlanılıb? - Ölkəsinə qayıdan kimi od püskürdü: “Bir neçə gün ərzində...”

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Niderlandlı məşhur model Vera Deykmans ABŞ-da immiqrasiya xidməti əməkdaşları tərəfindən saxlanılıb və 11 gün müddətinə həbsdə qalaraq deportasiya edilib. Model, deportasiya olunmadan əvvəl ABŞ-ın İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) nəzarətində olduğuna görə yaşadıqlarını çətinliklə təsvir edib.
Deykmans, noyabrın 11-də Mayamidən Nyuarka səfər etdikdən sonra hava limanında saxlanıldığını bildirib. Onun ABŞ-a gəlişinin məqsədi MMA idmançıları ilə kontent çəkmək olub. 11 gün ərzində Nyu-Cersi ştatındakı Delaney Hall immiqrasiya saxlama mərkəzində qalan modelin, kifayət qədər qidalanmadığını və antisanitar şəraitdə saxlandığını dilə gətirib.
Modelin anası Marianne Şolt, qızının gətirilməsi zamanı avtomobilin tünd şüşəli pəncərələri vasitəsi ilə mərkəzə aparıldığını qeyd edib. O, Deykmansın günlərlə günəş işığından məhrum olmasının da sağlığına ağır təsir etdiyini vurğulayıb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Deykmansın vizasının müddətinin bitdiyini, 2019-cu ildən bəri isə ABŞ-a qanunsuz daxil olmağa cəhd etdiyini açıqlayıb. Deykmans, yaşadıqlarını ictimaiyyətlə paylaşmaq üçün zamana ehtiyacı olduğunu bildirib. ICE isə modelin yaşadığı pis rəftara dair hələlik heç bir açıqlama verməyib.