Ezonn Xəbər

Azərbaycanda 20 istiqamətdə avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycanda 20 istiqamətdə avtobus marşrutları müsabiqəyə çıxarılır
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda müntəzəm sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq məqsədilə 20 istiqamətdə avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Müsabiqəyə çıxarılan marşrutlar arasında Bakı-Oğuz, Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli, Gəncə-Naftalan, Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Balakən-Gəncə, Zaqatala-Gəncə, Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki, Bərdə-Zaqatala, Bərdə-Gəncə, İsmayıllı-Göyçay, Şamaxı-Şirvan, Neftçala-Sumayıt və Bərdə-Tərtər marşrutları var. Sənəd qəbulu 23 dekabr saat 17:00-dək AYNA-nın Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5 ünvanında həyata keçiriləcək. İddiaçılardan, əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələrinin də təqdim olunması tələb edilir. Müsabiqə çərçivəsində iddiaçıların təkliflərinin değerləndirilməsi mərhələləri müəyyən olunub. Yanvarın 5-də Bakı-Oğuz, Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli və Gəncə-Naftalan istiqamətləri üzrə 5 lota baxılacaq. Eyni zamanda, Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Balakən-Gəncə və Zaqatala-Gəncə istiqamətlərindəki 5 lota yanvarın 8-də, Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki və Bərdə-Zaqatala istiqamətləri üçün isə yanvarın 12-də baxılacaq. Bərdə-Gəncə, İsmayıllı-Göyçay, Şamaxı-Şirvan, Neftçala-Sumayıt və Bərdə-Tərtər marşrutları üzrə 5 lota yanvarın 15-də nəzər yetiriləcək. Müsabiqənin detalı və marşrutların qrafikləri haqqında ətraflı məlumatın əldə edilməsi mümkün olacaq.