Uber və Lucid San-Fransiskoda tam sürücüsüz robotaksilərin sınağına başlayıb

Ezonn TV «Engadget» mənbəsinə istinadən xəbər verir.
Uber və Lucid, Nuro-nun hazırladığı avtonom sürmə sistemindən istifadə edərək istehsal etdikləri robotaksilərin ictimaiyyətə təqdimatı üçün sınaqlara başlayıb. Sınaqlar San-Fransisko körfəz bölgəsində aparılır və şirkətlər, bu xidmətin 2027-ci ilin ilk rübündə istifadəyə veriləcəyini planlayır.
Robotaksilər, bu il CES sərgisində təqdim edilən modifikasiya edilmiş Lucid Gravity modelidir. 2025-ci ilin iyul ayında elan edilən qlobal robotaksi proqramı çərçivəsində, şirkətlər keçmişdəki sınaqlarda sükan arxasında sürücünün olduğunu bildirmişdi. May ayında Kaliforniya DMV tərəfindən verilmiş tam sürücüsüz sınaq icazəsi ilə, indi sükan arxasındakı sürücü olmadan ictimai yollarda sınaqlar realaşdırılır.
Lucid Gravity robotaksiləri, yüksək həssas kameralara, LIDAR sensorlarına və radar sistemlərinə malikdir. İlk sınaqlar Palo Alto, Mountain View, Los Altos və Sunnyvale yollarında həyata keçiriləcək, sonrasında isə daha çox körfəz şəhərlərinə yayımlanması planlaşdırılır. Lucid, robotaksilərinin indiyə qədər 100 ədəd olduğunu qeyd etsə də, ilk sınaqlarda bütün bu avtomobillərin iştirak edib-etməyəcəyi dəqiqləşdirilməyib.
Uber, Lucid-Nuro robotaksilərindən 35,000 ədəd satın almağı planlaşdırdığını vurğulayıb və bu xidməti dünya üzrə genişləndirməyə niyyətlənir. İstifadəçilər, Uber tətbiqi vasitəsilə autonom sürücülük xidmətini sifariş edə biləcək.
Robotaktinin kabin içi təcrübəsini dizayn edəcək Uber, istifadəçilər üçün dəstək və nəzarət imkanları təqdim edəcək.