Ezonn Xəbər

Qurumların məsuliyyətsizliyinin qurbanı: Günahkar kimlərdir?

Qurumların məsuliyyətsizliyinin qurbanı: Günahkar kimlərdir?
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Son illərdə açıq qalan kanalizasiya quyularına düşərək insanların həyatını itirməsi halları mütəmadi olaraq qeydə alınır. Hacıqabul şəhərində baş vermiş hadisədə 1981-ci il təvəllüdlü Namiq Babayev kanalizasiya quyusuna düşərək ölüb. Bu hadisə məsuliyyətin kimdə olduğu suallarını yenidən gündəmə gətirib. Eyni zamanda, 2025-ci il iyunun 26-da Bakının Nərimanov rayonunda kollektorun çökməsi nəticəsində 27 yaşlı Cümşüd Cümşüdlünün itkin düşməsi bu məsələlərin ciddiliyini bir daha ortaya qoyur. Məsuliyyətin bölgüsü Azərbaycan qanunvericiliyinə əsaslanır. Vəkil Cahangir Qasımzadə qeyd edib ki, vətəndaşın kanalizasiya quyusuna düşməsi zamanı məsuliyyət xəttin kimin balansında olduğundan asılıdır. Azərbaycan Respublikasının "Su təchizatı və tullantı suları haqqında" qanununa görə, kommunikasiyaların təhlükəsizliyi bilavasitə balans saxlayıcıların öhdəsinə düşür. Mərkəzi kanalizasiya və yağış suları kollektorlarının vəziyyətinə yerli sukanal idarələri cavabdehdir. Cahangir Qasımzadə, MTK, JEK və podratçıların da məsuliyyət daşıdığını qeyd edir. Çoxmənzilli yaşayış binalarının həyətyanı sahələrindəki daxili şəbəkələrə görə məsuliyyət müvafiq idarəetmə şirkətlərinin üzərinə düşür. Eyni zamanda, əgər ərazidə təmir işləri aparılırsa, xəbərdaredici nişanların qoyulmaması məsuliyyətin podratçıya düşməsinə səbəb ola bilər. Bu cür hadisələr baş verdikdə, Fövqəladə Hallar Nazirliyi və təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunur. Həmçinin, əraziyə cavabdeh hüquqi şəxsin məsuliyyəti araşdırılır. Tez-tez baş verən qəzalardan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən müvafiq monitorinqlər aparılır, çatışmayan qapaqlar yenilənir. Vətəndaşların təhlükəli kanalizasiya quyularını müşahidə etdikdə dərhal ADSEA-nın Çağrı Mərkəzinə məlumat vermələri tövsiyə olunur. Bu cür halların rəsmi qeydinə alınması məhkəmə prosesləri üçün əhəmiyyətlidir.