Ezonn Xəbər

Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi

Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Keçmiş məhkəmə hakimi Lətif Nəbiyev cəzalandırılıb. Qax Rayon Məhkəməsində keçirilən prosesdə onun məhkəmə qərarının icrasından yayındığı məlum olub. Bu səbəbdən, L.Nəbiyev 500 manat cərimə olunub. Lətif Nəbiyev 2021-ci ildə Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə dələduzluq şəkli ilə 8 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında dərhal həbs olunub. 2022-ci ildə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ziyanı qismən ödədiyi üçün onun cəzası 4 il 6 aya endirilib. Eyni zamanda, o, zərərçəkən Azad İbrahimova 214 min 258 manat ödəməyə məhkum edilib. Azadlığa buraxıldıqdan sonra L.Nəbiyev məhkəmə qərarını icra etmədən əvvəl Gədəbəyə, daha sonra isə Qax rayonuna köçüb. Bu ilin avqust ayında zərərçəkmiş Azad İbrahimov onunla bağlı Qax Rayon Məhkəməsinə müraciət edib, lakin hakim iddianı təmin etməmişdi. İbrahimov bununla razı qalmayaraq Şəki Apellyasiya Məhkəməsinə şikayət edib. Məhkəmə birinci instansiya qərarını ləğv edərək işi yenidən Qax Rayon Məhkəməsinə göndərib. Sonuncu prosesdə iddia təmin olunub və L.Nəbiyev məhkəmə qərarından yayınma səbəbi ilə 500 manat cərimələnib. Lətif Nəbiyev əvvəl də Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifələrində çalışmışdı, lakin 2008-ci ildə korrupsiya hüquqpozmasına yol verdiyi üçün səlahiyyətlərinə xitam verilmişdir.