Ezonn Xəbər

Memarlıq abidəsinin taxta qapısını şüşə ilə əvəzlədilər - FOTOLAR

Memarlıq abidəsinin taxta qapısını şüşə ilə əvəzlədilər - FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Dünən Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 9 ünvanında yerləşən memarlıq abidəsinin tarixi qapısı sökülərək şüşə konstruksiya ilə əvəzlənib. Bu hadisə ilə bağlı memar Elçin Əliyev sosial şəbəkə hesabında narazılığını ifadə edib və belə vandalizmi pisləyib. Elçin Əliyev qeyd edib ki, son bir il ərzində tariximizi belə üsullarla dəyişdirmək cəhdlərinin şahidi olunub. O, obyektin sahiblərinə müraciət edərək tarixi qapını öz qanuni yerinə qaytarmalarını tövsiyə edib: “Şəhərin düz mərkəzində baş verən belə bir vandalizmi görməmək, demək olar ki, mümkün deyil!”. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib ki, sözügedən abidəyə baxış keçirilib və qanunsuz müdaxilənin aşkarlandığı bildirilib. Giriş qapısının şüşə konstruksiya ilə əvəz edilməsi faktı müəyyən edilib. Hazırda bu məsələyə dair araşdırmalar aparılır və qanunvericiliyə uyğun tədbirlər görüləcək. Nazirlik, eyni zamanda, abidəyə dəymiş ziyanın ödənilməsi və onun əvvəlki görünüşünə qaytarılması üçün işlərin davam etdiriləcəyini vurğulayıb. Vətəndaşlar və abidələrin mülkiyyətçiləri mədəni irsə həssas yanaşmağa dəvət edilib.