Ezonn Xəbər

Rus əsgərləri haqda şok məlumatlar: Cəbhədə intihar hadisələri

Rus əsgərləri haqda şok məlumatlar: Cəbhədə intihar hadisələri
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Londonda yerləşən "The Guardian" qəzeti, Rusiya Dövlət Statistika Agentliyi Rosstatdan sızdırılmış məxfi məlumatların ortaya çıxdığını iddia edir. Bu məlumatlara görə, Rusiya-Ukrayna müharibəsi dövründə 1000-dən çox rus əsgəri cəbhədə intihar edib. Bu statistikalar, müharibənin ağır şərtləri və döyüş ruhunun düşməsi nəticəsində baş verən hadisələrin acı bir göstəricisi kimi qiymətləndirilir. Sızdırılmış məlumatlar, eyni zamanda 885 rus əsgərinin "izah olunmayan niyyətlə" güllə yarası aldığına işarə edir. Bu yaraların çoxunun da intihar cəhdi olma ehtimalı müzakirə edilir. Müharibə dövründə baş verən bu hadisələr, Rusiya ordusunun içindəki psixoloji gərginlik və intizam məsələlərinin ciddiliyini ortaya qoyur. Qəzetdə qeyd olunur ki, həyatını itirənlərin sayı demək olar ki, bir rus alayının ölçüsünə çatır. "The Guardian"ın məlumatlarına görə, ağır itkilər və sərt intizam tədbirləri əsgərlərin əhval-ruhiyyəsini mənfi yöndə təsir edib. Bundan əlavə, ekspertlər bildirirlər ki, Rusiya ordusunda intihar səbəbləri arasında komandir və yoldaşların təzyiqi, həmçinin təhlükəli döyüş tapşırıqlarına göndərilmək qorxusu da mövcuddur. Kreml ordu daxilində intiharlarla bağlı məlumatlarə izah etmir və itkilərin sayını dövlət sirri hesab edir. 2022-ci ildən 2025-ci ilədək qeydə alınan intihar hadisələrinin sayı isə ilbəil artmaqdadır, bu isə bütün müharibə dövründən göndərilmiş məlumatlarla paraleldir. Fəallar və vəkillər, əsl intihar rəqəminin daha yüksək olduğunu vurğulayır. "İdite Lesom" qrupunun sözçüsü İvan Çuvilyayev, "Rosstat tərəfindən təqdim edilən statistikalar, müharibəyə dair bütün digər məlumatlar kimi, iyerarxik sistemdən ötən hesabatlardır" şəklində çıxış edib.