Aİ COP31-in nəticələrini dəstəkləməyib və iqlim maliyyələşdirilməsi ilə bağlı tənqidlərlə üzləşib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Avropa İttifaqı (Aİ), BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci konfransı (COP31) çərçivəsində qəbul edilən yekun sənədin kifayət qədər iddialı olmadığını bildirərək, bu sənədi dəstəkləməkdən imtina edib. Aİ, qalıq yanacaq mənbələrindən ekoloji cəhətdən təmiz alternativlərə keçid üçün aydın öhdəliklərin olmamasını bu qərarın əsas səbəbi kimi göstərir.
Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen, Aİ-nin qalıq yanacaqdan imtina edilməsinə dair xatırlatmanın yer almadığı üçün yekun sənədi təsdiqləyə bilməyəcəyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Aİ danışıqlarda aktiv iştirak edərək daha iddialı ifadələrin mətndə yer almasını təmin etməyə çalışıb, lakin əhəmiyyətli dəyişikliklərin mümkün olmadığını anlayaraq sənədin təsdiqlənməməsi qərarına gəlib.
Bu arada, Aİ-nin iqlim maliyyələşdirilməsi mövzusundakı yanaşması, bir sıra inkişaf etməkdə olan ölkələrin və iqlim təşkilatlarının tənqidinə səbəb olub. Onlar inkişaf etmiş dövlətlərin, iqlim dəyişikliyinin fəsadlarına ən çox məruz qalan dövlətlərin xeyrinə əlavə maliyyə öhdəlikləri götürməyə hazır olmadığını vurğulayıblar.
Bununla yanaşı, COP31 çərçivəsində bir sıra iqlim gündəliyi istiqamətləri üzrə razılaşmalar əldə edilab, məsələn, iqlim dəyişmələrinə uyğunlaşma üçün qlobal hədəf göstəricilərinin hazırlanmasına dair işçi qrupunun yaradılması razılığı əldə olunmuşdur. Eyni zamanda, Paris Sazişi çərçivəsində iqlim hesabatlılığının şəffaflığı haqqında bəyannamə də qəbul edilib.
Aİ və onun üzv dövlətləri, COP31 üzrə birgə bəyanatında, yekun layihənin Paris Sazişinin tələblərinə uyğun olmadığını və qlobal istiləşmənin 1,5 dərəcə Selsi həddinə mümkün qədər yaxın saxlanılması üçün tədbirlərin əhəmiyyətini vurğulayıb. Buna baxmayaraq, Avropa İttifaqı çoxtərəfli iqlim prosesindən imtina etmək niyyətində deyil.