Biləsuvar-Astara yolu ilə bağlı Dünya Bankına müraciət edilib
.jpg)
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan hökuməti M3 nəqliyyat dəhlizinin növbəti hissəsi olan Biləsuvar-Astara yolu üçün Dünya Bankına müraciət edib. Bu sahənin tikintisi təxminən 300 milyon dollar dəyərində qiymətləndirilir və 140 kilometr uzunluğundadır.
Müraciətin məqsədi, nəqliyyat əlaqəliliyinin və regional əlçatanlığın Azərbaycanın inkişaf proqramında prioritet istiqamətlər olduğunu göstərməkdir. Dünya Bankının gələcək əməliyyatının, mövcud layihənin tövsiyələrinə əsaslanaraq sahədə islahatlar aparmaqla yanaşı M3 dəhlizinin qalan hissəsinin bərpasına kömək edəcəyi gözlənilir.
Əvvəlki layihə olan Regional Əlaqəlilik və İnkişaf Layihəsi çərçivəsində M3 avtomobil yolunun Salyan-Biləsuvar hissəsində tikinti işləri aparılıb. Bu hissənin uzunluğu 70,96 kilometrdir və layihə 2021-ci il mayın 20-də təsdiqlənərək 2026-cı il martın 31-də başa çatacaq.
Layihənin ümumi maliyyələşdirilməsi 95,88 milyon dollar təşkil edir, bunun 65 milyon dolları Dünya Bankının kreditidir. Salyan-Biləsuvar yolunda 12 körpü yenidən qurulub, əlavə olaraq beş körpü də maliyyələşdirilmişdir. İqlim dəyişikliklərinə qarşı dayanıqlığın artırılması məqsədilə tədbirlər yolun 57,4 kilometrini əhatə edir, yük avtomobillərinin istismar xərcləri isə planlaşdırılan 11% azalmadan 16,73% azalmışdır.