Ezonn Xəbər

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır. Bu barədə məlumatı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında bildirib. Nazir Ceyhun Bayramov, ikitərəfli əlaqələrin yanında, üçtərəfli əməkdaşlıq formatlarına da toxunub. O, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın geniş şəkildə müzakirə edildiyini vurğulayıb. Bayramovun sözlərinə görə, bu üçtərəfli format daha geniş coğrafiyanı əhatə edən məsələlərin müzakirəsinə imkan tanıyır. Növbəti görüşün Gürcüstanda keçiriləcəyi də qeyd edilib. Eyni zamanda, Bayramov, Azərbaycan tərəfindən Gürcüstana 4 milyarddan artıq investisiya yatırıldığını vurğulayıb. Bununla yanaşı, Azərbaycan və Gürcüstan arasında 18 sənəd üzərində iş aparıldığı da bildirilib. Bu əməkdaşlıq çərçivəsində kiçik sahibkarların ödədiyi vergilərdə 25 faiz güzəştin tətbiq olunacağı açıqlanıb.