Liviyanın hərbi komandanı Türkiyəyə səfər etdi

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Liviya Milli Ordusunun (LMO) komandanı Xəlifə Haftar, TürkiyəSilahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu ilə Ankarada görüşüb. Bu barəd məlumatı Liviyanın "Al-Wasat" portalı yayıb.
Səfərin, Türkiyə Prezidenti tərəfindən dəvət ilə gerçəkləşdiyi bildirilir. Görüşün detalları isə hələlik açıqlanmamışdır. Ankaradakı müzakirələrin hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ilə bağlı olduğu güman edilir.
Qeyd edək ki, LMO-nun Baş Qərargah rəisi Xalid Haftar da noyabrın 12-də Ankaraya səfər edərək Səlcuq Bayraktaroğlu ilə görüşmüşdü. Bu görüşdə tərəflər arasında hərbi əməkdaşlığın inkişafı, koordinasiya mexanizmləri və təcrübə mübadiləsi müzakirə edilmişdi. Eyni zamanda, terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizə məsələləri də diqqət mərkəzində olub.
Liviyanın daxili böhranı və regional təhlükəsizlik məsələləri kontekstində bu cür görüşlərin qeyd olunan sahələrdə daha güclü bir əməkdaşlıq yaratmağı hədəflədiyi vurğulanır.