Ezonn Xəbər

Rabitəbankda “Green Friday” fürsəti 70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi

Rabitəbankda “Green Friday” fürsəti 70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Rabitəbank “Green Friday” kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər 70 000 AZN-dək kredit əldə etmək imkanı qazanır. Bu fürsət 23–30 noyabr tarixləri arasında etibarlıdır. Kampaniya çərçivəsində müştərilər, 0% komissiya ilə nağd pul krediti götürə bilərlər. Kredit müddəti 59 aya qədərdir. Illik faiz dərəcələri isə 12 ayadək 9,5%-dən, 36 ayadək 12,5%-dən, 48 ayadək 13,5%-dən, 59 ayadək isə 14,5%-dən başlayır. Bu, müştərilərə fərdi maliyyə ehtiyaclarına uyğun kredit müddətini seçmək imkanı tanıyır. Rabitəbank, müştərilərinin rahatlığını ön planda tutaraq, kreditə müraciət prosesini sadələşdirib. Müştərilər, banka gəlmədən, onlayn kredit sifarişi edə bilərlər. Bunun üçün Rabitəbankın rəsmi internet saytından və ya “Rabita Mobile” tətbiqindən istifadə etmək mümkündür. “Green Friday” kampaniyası, yalnız 8 gün davam edəcək. Kampaniyadan yararlanmaq istəyənlər, 30 noyabr tarixinədək müraciət edə bilərlər. Bankın rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə bütün müraciətlər onlayn həyata keçirilə bilər. Məlumat üçün bildirək ki, “Rabitəbank” 1993-cü ildən fəaliyyət göstərir. Bank, müasir maliyyə xidmətləri və rəqəmsal bankçılıq həlləri ilə müştərilərə daha əlçatan xidmətlər təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır və ölkə boyu geniş filial şəbəkəsinə malikdir.