Ezonn Xəbər

Gömrükdə yaranan insidentlə bağlı — Polis tədbir gördü+Video-Yenilənib

Gömrükdə yaranan insidentlə bağlı — Polis tədbir gördü+Video-Yenilənib
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Noyabrın 20-də Dubay-Bakı aviareysi ilə gələn sərnişinlər, o cümlədən Azərbaycan vətəndaşı Eldur Hüseynov, gömrük nəzarətinin tələb etdiyi prosedurların yerinə yetirilməsi üçün dəvət olunublar. Lakin Hüseynov, gətirdiyi əşyaları təqdim etməkdən imtina edərək, gömrük işçilərinə qarşı aqressiv davranış sərgiləyib. Dövlət Gömrük Komitəsinin (DGK) verdiyi məlumata görə, tələblərə etiraz edərək gömrük baxışı prosesini çətinləşdirdiyi üçün Hüseynovun əşyaları başqa gömrük nəzarət zonasına yönləndirilmişdir. Belə bir halın yaranması gömrük prosedurlarının gecikməməsi məqsədilə atılmış bir addım olmuşdur. Eldur Hüseynovun etik davranış qaydalarına riayət etmədiyi üçün müvafiq akt tərtib edilərək, hadisə hüquq-mühafizə orqanlarına bildirilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən onunla bir neçə dəfə görüşlər keçirilib və gömrük qaydaları barədə məlumat verilib. İlkin əldə edilən məlumatlara əsasən, hüquqazidd hərəkətlər göstərən iki nəfər polis tərəfindən saxlanıb. Onlara qarşı qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.