Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi təhlükələrlə əlaqədar sürücülərə xəbərdarlıq edib. İdarə, hərəkət iştirakçılarından ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.
BDYPİ tərəfindən verilən məlumata görə, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalıdır. Küləkli hava şəraitində daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirmək tövsiyə olunur.
Sürücülərə, nəqliyyat vasitələrini sürüşmə və aşma ehtimalı olan obyektlərdən uzaq saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək məsləhət görülür. Eyni zamanda, küləyin yaratdığı toz dumanı görünüş məsafəsini aşağı saldığından, sürət həddini və ara məsafəsini nəzarətdə saxlamaq da önəmlidir.
Bundan əlavə, piyadaların da mövcud hava şəraitini düzgün qiymətləndirmələri və yoldaki davranışlarına diqqət etmələri xahiş olunur. Həmçinin, piyadalar, yollarda özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə ziyansız davranmalılar.