Ezonn Xəbər

ABŞ yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır

ABŞ yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ administrasiyası dekabrın 2-də bir sıra ölkələrə qarşı gömrük rüsumlarının artırılacağını elan etməyə hazırlaşır. Bu məlumat “Bloomberg” tərəfindən yayımlanıb. Yeni tətbiq ediləcək gömrük rüsumları əsasən Çin, Avropa İttifaqı və daha ondan çox ölkədən idxal olunan məhsullara dair olacaq. Vaşinqton bu ölkələri yerli istehsalçılara subsidiyaların verilməsi ilə ABŞ iqtisadiyyatına zərər vurmaqda ittiham edir. Məlumatlara görə, ABŞ-nin Ticarət Nümayəndəliyi 1974-cü il tarixli Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində apardığı araşdırmanı yekunlaşdırmaq üzrədir. Bu maddə, ABŞ Prezidentinə ədalətsiz iqtisadi mübarizə məqsədilə birtərəfli qaydada gömrük rüsumları tətbiq etmək imkanı verir. Eyni zamanda, qeyd edək ki, noyabrın əvvəlində Ağ Ev, Meksika hakimiyyətinin ABŞ istiqamətindəmiqrant karvanlarının qarşısını almayacağı halda, Meksika məhsullarına tətbiq olunan gömrük rüsumlarının ikiqat artırılacağı ilə bağlı xəbərdarlıq etmişdi.