Dubay-Bakı reysinin sərnişini gömrük baxışından imtina etdi

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 20-də Dubaydan Bakıya uçan sərnişinlər arasında Azərbaycan Respublikası vətəndaşı Eldur Hüseynovun gömrük baxışını qəbul etməməsi ilə bağlı gərgin anlar yaşanıb. O, Dövlət Gömrük Komitəsinin Gömrük Məcəlləsinin 92-2.6-cı maddəsinə əsasən, gətirdiyi əşyaların gömrük nəzarətindən keçirilməsi üçün dəvət olunduqda, bu dəvəti rədd edib.
Məlumatlara görə, Eldur Hüseynov, gətirdiyi əşyaları gömrük nəzarətinə təqdim etməkdən imtina edərək, aqressiv davranış sergiliyib. Bu hal, gömrük nəzarətinin həyata keçirilməsinə əngəl törədərək, əşyaların yoxlanması və eyniləşdirilməsini çətinləşdirib. Nəticədə, gömrük prosedurlarının gecikməsinin qarşısını almaq məqsədilə, onun əşyaları digər gömrük nəzarət zonasına yönləndirilib.
Hüquq mühafizə orqanları tərəfindən Eldur Hüseynovla münasibətdə müvafiq qanunvericiliyə uyğun olaraq akt tərtib olunub. Məsələnin aydınlaşdırılması məqsədilə, onunla Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bir neçə dəfə görüş keçirilib. Görüşlərdə Eldur Hüseynova gömrük qaydaları barədə ətraflı məlumat verilib.