Nərimanov rayonundakı məktəbdə şagirdlər arasında insident baş verib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bu gün paytaxtın Nərimanov rayonunda yerləşən Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbdə şagirdlər arasında insident baş verib. Hadisənin səbəbi və təfərrüatları hələlik dəqiqləşməyib. Daxili İşlər Nazirliyi bununla bağlı araşdırmalar aparır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin nümayəndəsi Nəzrin Adıgözəlzadə, APA-nın sorğusuna cavab olaraq, məktəbdə baş verənlərin polis tərəfindən araşdırıldığını bildirmişdir. O, eyni zamanda, şagirdlər və onların valideynlərinin aidiyyəti üzrə polis şöbəsinə dəvət edilərək, profilaktik iş aparıldığını açıqlayıb.
Valideynlərlə birgə müzakirələr zamanı, narazılığa səbəb olan hallar müəyyən olunaraq aradan qaldırılıb. Ötən hadisələr zamanı hər hansı bir kriminal tərkibin olmadığı da vurğulanıb.
Hadisənin dərhal araşdırılması məqsədilə məktəbin rəhbərliyi və yerli polis qüvvələri arasında sıx əməkdaşlıq həyata keçirilib.