Azərbaycanın cənubunda 300 milyon dollarlıq layihə gündəmdə

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan hökuməti, M3 nəqliyyat dəhlizinin yeni hissəsi olan 140 km uzunluğundakı Biləsuvar-Astara sahəsinin tikintisi üçün Dünya Bankına 300 milyon dollar məbləğində maliyyə vəsaiti müraciət edib. Bu məlumat, Dünya Bankının hesabatında yer alıb.
Müraciət, nəqliyyat əlaqəliliyinin və regional əlçatanlığın Azərbaycanın inkişaf strategiyası üçün prioritet olduğunu vurğulayır. Planlaşdırılan əməliyyatın, əvvəlki layihədən əldə olunan nəticələrə əsaslanacağı gözlənilir ki, M3 dəhlizinin qalan hissəsinin bərpasına da dəstək verəcək.
Daha əvvəl həyata keçirilmiş Regional Əlaqəlilik və İnkişaf Layihəsi sayəsində, Salyan-Biləsuvar sahəsinin 70,96 km hissəsi tamamlanıb. Layihənin maliyyələşdirmə məbləği 95,88 milyon dollar olub və 2021-ci ildən 2026-cı ilə qədər davam edəcək. Bu layihənin 65 milyon dollarlıq hissəsi Dünya Bankı tərəfindən təmin olunub.
Salyan-Biləsuvar sahəsi üzrə həyata keçirilən işlər çərçivəsində 12 körpü yenidən inşa edilib, 57,4 km-lik hissədə iqlim dəyişikliklərinə davamlılığın artırılması tədbirləri görülüb. Bu layihə, ağır yük nəqliyyat vasitələrinin istismar məsrəflərində 16,73%-lik azalma ilə gözləniləndən daha yüksək nəticə göstərib.
Eyni zamanda, İqtisadi Daxili Gəlirlilik Norması (EIRR) 17,8% təşkil edib ki, bu da proqnozlaşdırılmış 15,1%-dən yüksəkdir. Nəqliyyat və rəqəmsal infrastruktur modernizasiyası, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ilə sıx bağlıdır.