Ezonn Xəbər

Aİ Komissiyası 13 ölkəyə büdcə xəbərdarlığı edib

Aİ Komissiyası 13 ölkəyə büdcə xəbərdarlığı edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Avropa İttifaqı (Aİ) Komissiyası 13 üzv ölkəyə nəzər salaraq büdcə intizamı ilə bağlı ciddi xəbərdarlıq edib. 2027-ci il üzrə Avropa Semestrinin Payız Paketi çərçivəsində aparılan qiymətləndirməyə əsasən, 11 ölkənin dövlət xərclərinin artması Aİ-nin maliyyə qaydalarını pozmaq təhlükəsi yaradır. Bu dövlətlər arasında Almaniya, Çexiya, Finlandiya, Rumıniya, Xorvatiya, Lüksemburq, Malta, Niderland, Sloveniya, İspaniya və Litva yer alır. Aİ Komissiyası bu ölkələrə 2027-ci il büdcə siyasətlərini Avropa İttifaqının qaydalarına uyğunlaşdırmağı tələb edir. Eyni zamanda, Bolqarıstan və Macarıstan üçün də büdcə kəsirinin azaldılması ilə bağlı tədbirlərin yetərli olmadığı bildirilir. Bu iki ölkə üçün artıq büdcə kəsiri prosedurunun növbəti mərhələyə keçirilməsi təklif edilir. Aİ Şurası bu təklifi təsdiqlədiyi halda, Bolqarıstan və Macarıstana ayrılmış Aİ vəsaitlərinin dayandırılması prosesi başlaya bilər. Bolqarıstan, eyni zamanda, avrozonanın üzvü olması səbəbindən ÜDM-nin 0,02 faizinədək cərimə ilə də üzləşə bilər. Aİ Komissiyası, müdafiə xərclərinin artmasının da üzv ölkələrin maliyyəsinə əlavə təzyiq yaratdığını vurğulayıb.