"GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Britaniya məhkəməsi noyabrın 23-də "Grand Theft Auto VI" (GTA VI) oyununun təqdim olunmamış materiallarını dörd il əvvəl oğurlayan 21 yaşlı haker Aryon Kurtayı yeddi il müddətinə azadlıqdan məhrum edib. Lakin maraqlı bir halda, Kurtay eyni gün cəzaçəkmə müəssisəsini tərk edib.
London polisi və "Yahoo News"-a istinadən verilən məlumata görə, Aryon Kurtay kiberhücumlar və dələduzluqla bağlı altı cinayət işi üzrə günahını etiraf edib. İlk həbs müddəti 9 il planlaşdırılsa da, məhkəmə psixiatrik klinikada keçirdiyi müddəti nəzərə alaraq cəza müddətini iki il qısaldıb.
Hakim, Kurtayın gənc yaşını və islah olma ehtimalını qiymətləndirərək, onu "olduqca istedadlı gənc" adlandırıb. Hakim, gələcəkdə onun qanunsuz əməllərdən uzaq duracağına ümid etdiyini ifadə edib. Öz növbəsində, Kurtaya Ciddi Cinayətlərin Qarşısının Alınması üzrə 5 illik məhkəmə əmri (Serious Crime Prevention Order - SCPO) kəsilib.
Bu qərar hakerin müəyyən sosial şəbəkələrdən istifadəsini və müəyyən şəxslərlə ünsiyyətini qadağan etməyi əhatə edir. Müddət ərzində onun qlobal şəbəkədəki fəaliyyəti ciddi nəzarət altında saxlanılacaq.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Kurtay "Rockstar Games" şirkətinin serverlərinə daxil olaraq, oyunun mənbə kodunu yaymaqla hədələyərək 90 minik video əldə edib və onların sızdırılmasını həyata keçirib.