ABŞ-də quş qripindən ölüm faktı qeydə alındı

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
ABŞ-ın Vaşinqton ştatında A(H5) quş qripi virusu ilə bağlı üç yoluxma halı laboratoriya tərəfindən təsdiqlənib, bunlardan biri isə ölüm halı ilə nəticələnib. Bu hadisə haqqında məlumat verən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ hakimiyyətinin 2026-cı il oktyabrın 16-dan noyabrın 4-nə qədər olan dönəmdə baş vermiş yoluxmalar haqqında məlumat verildiyini bildirib.
Qeyd edək ki, bu, insanın yoluxmuş mal-qara və ya onunla əlaqəli mühitlə təması nəticəsində baş vermiş ölüm faktıdır. Xəstələnən şəxslərin hamısı, A(H5N1) quş qripi virusunun aşkar edildiyi Yakima dairəsindəki süd fermalarının işçiləridir.
Hazırda mütəxəssislər yoluxma şəraitinin dəqiqləşdirilməsi üzərində çalışır, eyni zamanda xəstələrlə təmasda olan şəxslərin müayinəsinin davam etdirilməsi planlaşdırılır. Virusun insandan insana ötürülməsinə dair sübutlar hələlik aşkarlanmamışdır.
ÜST, A(H5N1) virusuna yoluxma riskini əhali üçün aşağı, lakin peşə fəaliyyətinə görə virusla təmasda olan şəxslər üçün mülayim qiymətləndirir. Təşkilat, yeni məlumatlar əldə olunduqca risklərin qiymətləndirilməsinə yenidən baxıla biləcəyini vurğulayıb.