“Maşının pəncərəsindən şeytanı gördüm” — Papadan şok etiraflar

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
2025-ci il aprelin 21-də vəfat edən Katolik Kilsəsinin 266-cı Papası Fransiskinin 1992-2024-cü illəri əhatə edən şəxsi gündəliyi nəşr edilib. Argentinalı kardinal Viktor Manuel Fernandez tərəfindən hazırlanmış "Papa Fransiskinin Şəxsi Gündəliyi" adlı kitab, fransız dilində "Albin Michel" nəşriyyatında çap olunub.
Kitabda Fransiskin qorxuları, fövqəltəbii təcrübələri və özünütənqidlərinə dair qeydləri yer alır. Məsələn, Papa Fransisk şeytanın qarşısına çıxdığı üç hadisəni təsvir edib. Bu hadisələrdən ikisi Buenos-Ayres arxiyepiskopu olduğu dövrdə, biri isə Çili səfərindən sonra Romada baş verib.
Fransiskin xatırladığı ilk hadisə, təxminən 15 il əvvəl evə qayıdarkən baş verib. O, vəziyyəti belə izah edir: “Onu maşının pəncərəsindən gördüm. Təhdidedici, eyni zamanda, cazibədar gözlərini heç vaxt unutmayacağam”. İkinci qarşılaşma isə Karmelit kilsəsindəki ayin zamanı qeydə alınmışdır: “Mənə odlu gözlərlə baxdı. Əvvəlkindən daha şiddətli olan bu baxış od parıltıları kimi idi”.
Üçüncü hadisənin isə Roma toplantısı zamanı baş verdiyi bildirilir. O, buradakı görüşü belə təsvir edib: “Onu gördüm və əmrli, qalib səsini eşitdim. Səsinin güclü nəriltisini unuda bilmərəm”. Həmçinin, 2018-ci il iyunun 7-də yatmağa hazırlaşarkən cəhənnəm qapılarına göz atdığını qeyd edib.
Gündəlikdə, Fransisk özünü tənqid edərək, 2022-ci ilin dekabrında küçədə ona səslənən sərxoş bir şəxsi görməzdən gəldiyi üçün peşman olduğunu yazıb. O, özünü “təkəbbürlü, özünə yalan danışan kinayəli Xorxe” adlandırıb. Kardinal Fernandezin bildirdiyinə görə, bu gündəliyin dərc edilməsini Fransisk öz istəyib və indiki Papa XIV Leo da qeydlərin unutulmamasını təmin etmək üçün nəşrə razılıq verib.